İRFAN AKADEMİYASI TƏLİM PROQRAMI

Pinterest LinkedIn Tumblr +

İRFAN AKADEMİYASI NƏDİR?

İrfan akademiyası internet vasitəsilə virtual şəkildə milli-mənəvi dəyərləri və ənənəvi islam mədəniyyətinin əsaslarını tədris edən təlim proqramıdır.

Proqram könüllü təlimçilər tərəfindən təşkil edilmişdir.

MƏQSƏD:

Bu proqramın məqsədi, milli-mənəvi ənənəmizi və mədəniyyətimizi əsas mənbələr çərçivəsində tədris etməkdir. Həmçinin qeyd olunan əsasları öyrənmək istəyən, ancaq müxtəlif səbəblərdən formal təhsil alma fürsəti olmayan könüllülərə sözügedən dəyərləri öyrətməkdir.

İŞTİRAKÇILAR

Proqramda arzu edən hər kəs könüllü şəkildə və təmənnasız iştirak edə bilər.

MÜDDƏTİ

Proqramın müddəti 10 həftə olaraq müəyyənləşdirilmişdir.

İlk dərs 27 aprel 2020-ci il tarixində başlayacaqdır.

Hər bir dərsin müddəti 20 dəqiqə olaraq müəyyən edilmişdir.

Dərslər həftədə 6 gün, hər gün 3 dərs şəklində keçiriləcəkdir. Beləliklə həftəlik dərs yekunu 18 saat olacaqdır.

Proqram boyunca hər bir fənndən 20 saat dərs keçirilmiş olacadır.

QEYDİYYAT:

Proqramda iştirak etmək istəyənlər üçün qeydiyyat məcburi deyildir. Arzu edənlər www.eia.az saytında “Qeydiyyatdan keçin” bölməsindən qeydiyyatdan keçə bilərlər.

DƏRSLƏRİN YAYIMI:

Dərslər “Elm və İrfan Akademiyası”nın youtube kanalında müəyyənləşdirilmiş dərs saatında yayımlanacaqdır.

İştirakçılar saytda qeyd olunmuş email adresindən suallar soruşa bilərlər.

TƏLİMÇİLƏR:

Dərslər sahəsində mütəxəssis təlimçilər tərəfindən keçiriləcəkdir.

DƏRSİN ADI TƏLİMÇİLƏR
1 QURAN QİRAƏTİ Qare-Laçın Quliyev
2 ƏRƏB-DİLİ ƏLİFBASI SADİQ NOVRUZOV
3 TƏFSİR ELMİ f.f.d. ƏLƏDDİN SULTANOV
4 HƏDİS ELMİ f.f.d. RÜFƏT ŞİRİNOV
5 FİQH f.f.d. . ANAR QURBANOV
6 SİYƏR t.f.d. . ABBAS QURBANOV
7 İSLAM ƏXLAQI f.f.d. SƏFA MURADOV
8 İSLAM MƏDƏNİYYƏTİ NURLAN MƏMMƏDZADƏ
9 İSLAM ƏQAİDİ ELBRUS HƏBİLOV

Share.

Comments are closed.