t.f.d Abbas Qurbanov

Pinterest LinkedIn Tumblr +

Qurbanov Abbas Sahib oğlu 27 may 1977-ci ildə Sumqayıt şəhərində anadan olub.

1984-94-cü illərdə Bakı şəhəri 20 saylı məktəbi qızıl diplomla bitirmişdir.

 1994-99-cu illərdə Bakı Dövlət Universiteti İlahiyyat fakultəsindən fərqlənmə diplomu ilə məzun olmuşdur.

1999-2001-ci illərdə “Azərbaycanda Şeyxülislamlıq” elmi işi ilə Türkiyə Mərmərə Universiteti Sosial Elimlər İnstitunda magistratura təhsilini bitirmişdir.

2001-2007-ci illərdə “Abbasilər Dövrünün İlk Əsrində Azərbaycan” elmi işi ilə Türkiyə Konya Universiteti Sosial Elimlər İnstitunda doktora təhsilini tamamlamışdır.

1999-2001 və 2005-2006-cı illərdə İstanbul (Çiləxanə) Elmi Araştırmalar Mərkəzində araştırmacı olaraq işləmişdir.

2001-2005-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki Pedaqoji Texnikomunda Kafedra müdiri vəzifəsində İslam Tarixi müəllimi olaraq fəaliyyət göstərmişdir.

2006-2017-ci illərdə İPƏKYOLU MMC də müdir müavini, 2009-2011 və 2017-ci ildən indiyə qədər Bakı İslam Universitetində müəllim, eyni zamanda 2017-ci ildə etibarən Gəncliyə Yardım Fondunun mətbuat şöbəsində baş məsləhətçi olaraq fəaliyyət göstərir.

3 kitab və onlarla elmi məqalənin müəllifi, yeddi kitabın tərcüməçisi, 250-ə yaxın kitabın nəşrə hazırlayanı, 3 beynəlxalq simpozyumun təşkilatçılarından biri, onlarla seminarın, mühazirənin və TV proqramlarının iştirakçısı və tarix üzrə fəlsəfə doktoru olan Abbas Qurbanov evli və iki uşaq atasıdır

Share.

Comments are closed.