Nurlan Məmmədzadə

Pinterest LinkedIn Tumblr +

Məmmədzadə Nurlan Məmməd oğlu 2 noyabr 1981-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Orta məktəbi 1999-cu ildə bitirdikdən sonra 2001-ci ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsinə daxil olmuş, 2006-cı ildə həmin universitetdən məzun olmuşdur. 2007-ci ilin fevral ayından etibarən “İrfan” ictimai fikir jurnalında fəaliyyətə başlayan araşdırmaçı-yazar hal-hazırda həmin jurnalın baş redaktoru vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 40-dan çox kitabın tərcüməçisi, o cümlədən “Ömür bir saatdır” adlı kitabın müəllifidir. Bir çox təlif və tərcümə əsərin redaktorudur. Azərbaycanda və Türkiyədə dərc olunan müxtəlif ictimai-fikir jurnallarında 200-ə yaxın məqalə və essesi yayınlanmışdır. Bir neçə elmi məqalənin müəllifidir.

Türkiyə Cümhuriyyəti Recep Tayyip Erdoğan Universitetinin Din Sosiologiyası bölümündə magistr təhsilini tamamlamış, 2018-2019-cu tədris ilində Bakı İslam Universitetində həmin fənn üzrə müəllimlik etmişdir.

Share.

Comments are closed.