Quliyev Laçın

Pinterest LinkedIn Tumblr +

Quliyev Laçın Ədalət oğlu  10 Avqust 1983-cü ildə Qəbələ rayon bum qəsəbəsində anadan olmuşdur. İlk təhsilinə Bum kənd 1 saylı orta məktəbdə başlamış, 1997-ci ildə Şəki İslami Elmlər və Hafizlik mədrəsəsinə daxil olmuşdur. 2000-ci ildə bu mədrəsəni bitirmiş və eyni ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsinə daxil olmuşdur. 2005-ci ildə həmin Universitetdən məzun olmuşdur. 2005-2006-cı illərdə əsgərlik xidmətində olmuşdur.

2006-2018-ci illər ərzində Bakı İslam Universitetinin Zaqatala şöbəsində Qurani Kərim və Dini Xitabət müəllimi kimi fəaliyyət göstərmişdir.

2002-ci ildə Səudiyyə Ərəbistanında, 2006-ci ildə Liviyada, 2015-ci ildə Türkiyədə “Beynəlxalq Qurani Kərim Yarışması”nda Azərbaycanı təmsil etmişdir.

2009-2010 tədris ilində Türkiyədə “Qurani-Kərimin 10 Qiraəti” üzrə ixtisaslaşma kursunda olmuşdur.

Hal-hazırda “Bursa Uludağ Universiteti Təməl İslam Bilimləri/Təfsir-Qiraət Bölümü”ndə magistratura mərhələsində təhsilinə davam edir.

Evlidir, iki qızı var.

Share.

Comments are closed.