Şirinov Rüfət Tacı oğlu. 06 mart 1980-cı ildə Şəki rayonu Şorsu kəndində doğulmuşdur. 1997-ci ilə orta məktəbdən məzun olmuş və həmin ildə Türkiyə Cumhuriyəti Samsun şəhərində yerləşən Ondokuz Mayıs Universitetinin ilahiyat fakultəsinə daxil olmuşdur.
2002-ci ildə həmin universitetdən məzun olmuşdur. Eyni ildə Türkiyə Cumhuriyyəti İstanbul şəhərində yerləşən Mərmərə Universiteti Sosial Elmlər institutu, Əsas İslam Elmləri Bölümü, Hədis elmi sahəsində magistratura təhsilinə başlamışdır. 2004-cü ildə Azərbaycanlı mühəddis əl-Bərdicinin həyat və yaradıcılığı adlı elmi işini müdafiə edərək magirstratura təhsilini başa vurmuşdur. 2003-2005 tarixlərində Ağdaş rayonu Xosrov kəndində yerləşən İslam Mədrəsəsində Hədis, İslam Əxlaqı, islam Tarixi müəllimi kimi fəaliyyət göstərmişdir. 2005-2008-ci illərdə Bakı İslam Universiteti Zaqatala Şöbəsində Hədis müəllimi kimi işləmişdir. 2008-ci ildə Türkiyə Respublikası Konya şəhərində yerləşən Necmeddin Erbakan Universiteti Sosial Elmlər institutu, Əsas İslam Elmləri Bölümü, Hədis elmi sahəsində doktorantura təhsilinə başlamış və 2019-cu ildə Əli əl-Qari və hədisləri şərh etmə üslubları” adında elmi işini müdafiə edərək doktorluq diplomunu almışdır.
2009-2010 illər arasında Şəki İslam Mədrəsəsində Təhsil işləri üzrə müdir müavini vəzifəsində işləmişdir.
2010-2015-ci illərdə Əliabad İslam Mədrəsəsində rəhbərlik vəzifəsini icra etmiş eyni zamanda Bakı İslam Universiteti Zaqatala şöbəsində Hədis fənni üzrə dərslərə davam etmişdir.
Bu müddət ərzində birçox maarifləndirici tədbirlərdə və tv programlarında iştirak etmişdir.
Öz sahəsi ilə əlaqəli birçox əsər, elmi və publisistik məqalə qələmə almışdır. Belə ki:
Əsərlər: 1. Hədis Elmi–İlahiyat fakultələri üçün dərs vəsaiti-
Birinci nəşr / Bakı 2007
Əlavəli ikinci Nəşr / Bakı 2011
- Gülüstandan Gül Dəstəsi -250 seçmə hədis- Bakı / 2008
- 40 hədisdə Ailə – Bakı / 2014
- Hədislərdə Dua – Bakı / 2015
- 40 Qüdsi Hədis – Bakı / 2016
- Hədis Elmi – İslam Kollecləri üçün dərs vəsaiti-Bakı 2016
- Dini Bütövlük Kontkstində SÜNNƏ– Bakı 2018
- İmam Gəzalidən Ədəb Qaydaları – Bakı 2019
- Elmi Məqalələr
- Peyğəmbəri Anlamaq/ Bakı İslam Universiteti Elmi məcmuəsi, №01/2006
- Məzhəblərin Ortaya Çıxmasında Hədislərin Rolu/ Bakı İslam Universiteti Elmi məcmuəsi, № 02/2007
- Mühəddis əl-Bərdicinin həyat və yaradıcılığı/ Bakı İslam Universiteti Elmi məcmuəsi, № 03/2008
- Zəif Hədis Batildir ?/Bakı İslam Universiteti Elmi məcmuəsi, №04/2009
- Azərbaycandakı Bəzi Adət-Ənənələrin Dindəki Yeri/ Bakı İslam Universiteti Elmi məcmuəsi, № 05 / 2010
- “İslam Sadəcə Qurandan İbarətdir” Məfkurəsi (mənşəyi və bəzi görüşləri) / Bakı İslam Universiteti Elmi məcmuəsi, № 12 / 2017
- Azərbaycanlı Hədisşünas Bərdici və Onun “Tabakat əl-Əsma əl-Müfrədə” Əsərinin Hədis Ədəbiyyatındakı Yeri. Din Araşdırmaları Jurnalı (Azərbaycan İlahiyat İnstitutu) Nr. 1, sy.2 – İyun 2019.
- Hədis Elmində Şərh Ədəbiyyatı (Məzmunu, yaranma səbəbləri və növləri). Din Araşdırmaları Jurnalı (Azərbaycan İlahiyat İnstitutu) Nr. 2, sy.3 – Dekabr 2019.
- Bəzi Adət-Ənənələrin Dindəki Yeri. Dövlət və Din Jurnalı (Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) Nr. 4, sy. 63. Dekabr 2019.
Digər
: Axund və İmamlar üçün xütbə nümunələri əsərinin tərtib heyyəti, Qısa İslam Ensiklopediyası əsərinin müəllif heyyəti nümayəndəsi, Din Terminlər Lüğəti tərtib heyyəti nümayəndəsi
: 120-dən çox publisistik məqalələlər ( pedogojik, tərbiyəvi və irfani mövzularda)
:Bir neçə kitab tərcüməsi