1978-ci ildə Şəki şəhərində anadan olmuş, 1995-ci ildə orta məktəbi qurtardıqdan sonra 1996-cı ildə Türkiyə Cümhuriyyəti Mərmərə Universiteti İlahiyyat fakultəsinə daxil olmuşdur. 2001-ci ildə məzun olduqdan sonra həmin il Uludağ Universiteti Sosial Elmlər İnstitutunun İslam hüququ sahəsində magistratura pilləsinə qəbul edilmişdir. 2004-cü ildə “Yusif ibn İbrahim əl-Ərdəbili və əl-Ənvar li əmalil-əbrar adlı əsəri” adlı magistr işini müdafiə etmişdir. 2006-cı ildə Mərmərə Universiteti Sosial Elmlər İnstitutunun İslam hüququ sahəsində doktorantura pilləsinə daxil olmuşdur. 2017-ci ildə “Sərəxsinin Məbsutunda üsul və füru qaydaları” adlı dissertasiyanı müdafə edərək fəlsəfə üzrə fəlsəfə doktoru ünvanına layiq görülmüşdür.
2002-ci il tarixdə Bakı İslam Universitetinin Zaqatala Şöbəsində İslam hüququ fənni üzrə müəllimlik fəaliyyətinə başlamışdır. 2006-2008-ci illərdə iki illik akademik icazə ilə doktorantura təhsilini başa vurduqdan sonra 2008-ci ildə yenidən həmin universitetə qayıdaraq indiyədək orada müəllimlik fəaliyyətini davam etdirməkdədir.
Çap edilmiş əsərləri:
- “Dəlilləri ilə Ticarət Elmihalı”. (İpəkyolu nəş., Bakı 2014)
- “Fiqh” (İslam kollecləri üçün dərs vəsaiti). (İpəkyolu nəş., Bakı 2017)
- “Fiqh Üsulu/İslam hüququnun metodoligiyası”, (dərs vəsaiti-Qurbanov/F.Quliyev) / (İpəkyolu nəş., Bakı 2017)
Dərc edilmiş məqalələri:
- “İctihad, təqlid və təlfiq” – Bakı İslam Universitetinin Elmi məcmuəsi, 1, 2006.
- “Yusif ibn İbrahim əl-Ərədəbili və əl-Ənvar li əmalil-əbrar adlı əsəri” – Elmi məcmuə, 1, 2006.
- “İslam hüququnda qəvaid anlayışı” – Elmi məcmuə, 5, 2010.
- Dr. Hacı Yunus Apaydın, “Metod(suz)luq problemi haqqında” – Elmi məcmuə, 6, 2011 (türk dilindən tərcümə).
- “İslamın sığortaya baxışı” – Elmi məcmuə, 7, 2012 (türk dilindən tərcümə, diyanət heyət).
- Dr. İbrahim Kafi Dönməz “İslam hüququnda müctəhidin nəslər qarşısındakı vəziyyəti ilə müasir hüquqlarda hakimin qanun qarşısındakı vəziyyəti arasında bir müqayisə” – Elmi məcmuə, 8, 2013 (türk dilindən tərcümə).
- “Fiqh Akademiyasının aktual məsələlərlə bağlı qərarları (1985-1990-cı illərdə alınan bəzi qərarlar)” – Elmi məcmuə, 9, 2014 (ərəb dilindən tərcümə).
- “İslam baknçılığı” – Elmi məcmuə, 10, 2015.
- “İslam hüququna görə ticarət münasibətlərində əxlaq prinsipləri” – Elmi məcmuə, 11, 2016.
- “İslam hüququnun ictihad anlayışında əsas rol oynayan beş qayda (Sərəxsinin “Məbsut”u kontekstində)” – Azərbaycan İlahiyat İnstitutu Din Araşdırmaları Jurnalı, 1, 2018.
- “Sərəxsinin “əl-Məbsut”unda fiqh qaydaları” – İslam hüququ araşdırmaları jurnalı, 33, 2019.