Elbrus Həbilov

Pinterest LinkedIn Tumblr +

1974-cü il İyun ayının 19-da Qax rayonu Tasmalı kəndində anadan olmuşdur. 1981-ci ildə kənd orta məktəbinə başlamış və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. Məzun olduqdan sonra Şəki Kənd Təsərrüfatı Texnikumunun ipəkçilik fakultəsində təhsilinə davam etmişdir.
1998-ci ildə Zaqatala İslam Elmləri mədrəsəsinə qəbul olmuş və 6 ay orada təhsil almışdır. Həmin ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsinə qəbul olmuş və 2003-cü ildə həmin universitetdən məzun olmuşdur.
2003-cü Əliabad İslam Mədrəsəsində Ərəb dili, Təfsir, Fıkıh, Dini Xitabət, İslam Əxlaqı fənləri üzrə müəllim kimi fəaliyyətə başlamışdır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi ilə 2007-2014-cü illərdə Qax şəhər məscidində Naibi-İmam, sonra İmam və Dini İcmanın Sədri kimi fəaliyyətinə davam etmişdir.
2015-ci ildə yenidən Əliabad İslam Kollecinə fəaliyyətinə başlamış və hal hazırda da həmin kollecdə Ərəb dili, İslam Dini Əsasları və İslam Əqaidi müəllimi kimi fəaliyyətinə davam edir.
Evlidir və bir övladı vardır.

Share.

Comments are closed.