f.f.d Səfa Muradov

Pinterest LinkedIn Tumblr +

Muradov Səfa Təvəkkül oğlu. 1983-cü ildə Siyəzən rayonunun Sədan kəndində dünyaya gəldi. Orta təhsilini Siyəzən Şəhər M. Müşfiq adına 2 saylı orta məktəbdə başa vurduqdan sonra 2001-2006-cı illər arasında BİU-nin Zaqatala Şöbəsində ilahiyyat təhsili aldı. 2006-cı ildə Türkiyə Diyanət Vəqfi İstanbul Pendik Haseki Eğitim Mərkəzində ixtisas təhsilinə başladı və 2009-cu ildə ixtisas mərkəzində təhsilini başa vurdu. İxtisas təhsilini başa vurduqdan sonra Zaqatala İlahiyyat Fakultəsində müəllim olaraq fəaliyyətə başladı. 2011-ci ildə Mərmərə Universtetində Hədis ixtisası üzrə magistratura təhsilinə başladı və 2014-cü ildə “İbn Macənin əs-Sünən adlı əsərində mövzu (uydurma) olduğu iddia edilən rəvayətlərin dəyərləndirilməsi” adlı tezisini müdafiə edərək məzun oldu. Magistratura təhsilini bitirdiyi həmin il Nəcməddin Ərbakan Universitetində Hədis sahəsi üzrə doktorantura təhsilinə başladı və 2019-cu ildə “Əhli-Sünnə və Şiənin fərqlənməsində hədislərin rolu” başlıqlı tezisiylə həmin universitetdən məzun oldu. Hal hazırda BİU-nin Zaqatala şöbəsində Hədis və Ərəb dili müəllimi kimi fəaliyyət göstərir. Evlidir və üç övladı var.

Share.

Comments are closed.