İslam Əqaidi (17 – ci dərs) – Peyğəmbərlərə İman – Elburus Həbilov

Pinterest LinkedIn Tumblr +

Peyğəmbərlərə iman etmək iman əsaslarından biridir. “Peyğəmbər” sözü fars dilində bir kəlmə olub “xəbər verən”, “xəbər gətirən” mənalarına gəlir. Ərəb dilində “nəbi” və “rəsul” mənasında istifadə edilir. Bir termin kimi peyğəmbər Allahu-Təalanın qullarına əmr və qadağalarını bildirmək üşün seçdiyi və vəzifələndirdiyi kəsi ifadə edir. Peyğəmbərlərə iman bütün peyğəmbərləri əhatə etməlidir. Birisinə belə inanmamaq insanı İslamdan çıxarar. Buna görə də iman nöqteyi-nəzərindən heç bir peyğəmbəri digərindən ayırmamaq lazımdır. Bir hədisi-şərifdə peyğəmbərlərin sayının 124 min (və ya 224 min) olduğu bildirilir. Quranda adı çəkilən cəmi 25 peyğəmbər vardır. Bunlardan başqa Quranda 3 ad daha qeyd edilmişdir ki, onların peyğəmbər olub-olmadıqları ixtilaflıdır. Bunlar Üzeyir, Loğman və Zülqərneyndir.

Share.

Comments are closed.