İslam Əqaidi (19 – cu dərs) – Hesab Günü – Elburus Həbilov

Pinterest LinkedIn Tumblr +

İnsanların bu dünyada ikən etdikləri yaxşılıq və pisliklərə görə axirətdə hesaba çəkiləcəkləri gününün adı “din günü”, “hesab günü” və ya “cəza günü” adlanır. Hesab gününə iman etmək İslam dininin əqidə əsaslarındanbiri sayılır. O dəhşətli hesab günündə Allahın mömin qullarına qorxu yoxdur, onlar qəmgin olmayacaqlar. Dünyada ikən etdiklərinin əvəzində Rəblərinin onlar üçün hazırladığı nemətlərə sevinc içində qovuşacaqlar. Kafirlərin üzləri isə qapqara olacaq, qəmgin şəkildə qorxudan gözlərini yerə dikəcəklər. Mizan tərəzisi axirətdə günah və savabların yaxşılıq və pisliklərin ölçüləcəyi mənəvi ölçü alətidir. Əməl dəftəri insanın dünya həyatında etdiyi yaxşı və pis –bütün işlərin, sözlərin Allah dərgahında qeyd edildiyi dəftərdir.

Share.

Comments are closed.